“Napoli”nin futbolçusundan nümunəvi addım

“Napoli”nin futbolçusu Xalidu Kulibali nümunəvi addımla yadda qalıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi vətəni Seneqala yardım edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kulibali ölkəsindəki xəstəxanalar üçün təcili tibbi yardım maşınları və tibbi ləvazimatlar alıb. Bütün bunlar gəmi vasitəsilə Neapoldan Seneqala aparılacaq.

Kulibalinin “Napoli” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button