“Napoli” MY ilə yarışacaq – Mərakeşli uğrunda

“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat iş yerini dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” 27 yaşlı mərakeşli futbolçu uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə yarışacaq.

O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb. Amrabatın İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Öncədən Amrabatın “qırmızı şeytanlar”la sözləşmə imzalayacağı gözlənilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button