“Mançester Yunayted”in Dembele planı

Fransanın “Lion” klubunun futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Lion”un hücumçusu Mussa Dembeleni transfer etmək istəyir. Mançester təmsilçisi, “İnter”in hədəfində olan Romelu Lukakunun klubdan ayrılacağı halda, onun boşluğunu 23 yaşlı futbolçu ilə doldurmaq niyyətindədir.

“Qırmızı şeytanlar” Lukakunun əvəzləyicisi kimi “Arsenal”dan Pyer-Emerik Obameyanqı transfer etmək istəsə də, “topçular” futbolçunu satmadıqlarını bildirmişdilər.

Son mövsümdə “Lion”un heyətində 44 oyun keçirən Dembele, 19 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button