MY futbolçusu üçün 50 milyon avro tələb edir

“Mançester Yunayted” cari mövsümü “Xetafe”də icarə əsasında keçirən hücumçusu Meyson Qrinvudu hansı məbləğdə satmağa hazır olacağına qərar verib.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, MY ingilis futbolçu üçün 50 milyon avro təzminat tələb edəcək.

22 yaşlı futbolçunun xidmətində “Yuventus”, “Atletiko” və “Barselona” kimi klubların maraqlı olduğu bildirilir. 

Qrinvud cari mövsümdə İspaniya çempionatında 8 qol vurub, 6 məhsuldar ötürmə edib. O, “Mançester Yunayted”in yetirməsidir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button