MY fransalı futbolçu üçün 60 milyon avroluq təklif hazırlayır

“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə maraqlanır.

Komanda.az “Top Mercato”-ya istinadən xəbər verir ki, İngiltərə klubu Paris təmsilçisinin danışıqlara hazır olub-olmadığını öyrənmək üçün 20 yaşlı futbolçuya görə 60 milyon avroluq təklif hazırlayır.

Fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın mərkəz xəttini gücləndirmək üçün əsas transfer hədəflərindən biridir. Bununla belə, PSJ rəhbərliyi komandanın ən perspektivli futbolçularından biri hesab olunan Zair-Emerini satmaq niyyətində deyil.

Futbolçu ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Anlaşmada müddətin daha bir il uzadılma bəndi də yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button