“Göz yaşlarımla klubdan ayrılıram” – Alaba

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan David Alaba açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan avstriyalı müdafiəçi, yeni çağırış üçün “Bavariya”dan ayrıldığını deyib:

“Bir müddətdən sonra hər şey çətin olur. Heç kimə sirr deyil ki, özümü “Bavariya”da yaxşı hiss edirəm. Göz yaşlarımla klubdan ayrılıram, eyni zamanda, gələcəyi düşünürəm. Yeni bir çağırış üçün irəli addım atmağa qərar verdim. Bəzən daha güclü olmaq, böyümək üçün fərqli addımlar atmalı olursan”.

2010-cu ildən “Bavariya”da çıxış edən Alaba mövsümün sonunda klubu tərk edəcək. 28 yaşlı futbolçunun “Real”la razılaşdığı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button