Mourinyo “Real”da bu mövqelərə yeni transferlər istəyir

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo yaxın vaxtlarda yenidən “Real”ın baş məşqçisi postuna qayıda bilər.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq Madrid klubuna transferlə bağlı əsas istəklərini də çatdırıb. O, heyətin gücləndirilməsi üçün bir neçə mövqeyə futbolçu transferini vacib hesab edir.

Bildirilir ki, 63 yaşlı çalışdırıcı bir və ya iki mərkəz müdafiəçisi, bir sağ cinah müdafiəçisi, bir və ya iki yarımmüdafiəçi və bir vinger transferi istəyir.

“Real” La Liqa çərçivəsində keçirdiyi son turda səfərdə “Sevilya”nı 1:0 hesabı ilə məğlub edib. Oyundakı yeganə qolun müəllifi Vinisius Junior olub.

Madrid təmsilçisi 2025/2026 mövsümündə son oyununu mayın 23-də, öz meydanında “Atletik”ə qarşı keçirəcək.

Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında bir dəfə İspaniya çempionu olub, həmçinin, ölkə kuboku və superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button