Mourinyo Ançelottini tənqid etdi

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo, Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini Neymarı yığmaya çağırmamasına görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis belə səviyyəli futbolçunun millidən kənarda qalmasının qəbulolunmaz olduğunu bildirib:

“Bu vəziyyət yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün ola bilər. Təsəvvür edin, Kriştiano Ronaldo (“Əl-Nəsr”) və ya Lionel Messi (“İnter Mayami”) yığmaya çağırılmasın. Neymar kimi oyunçunu sadəcə, belə kənarda saxlamaq düzgün deyil. Hazırda ona hörmətsizlik var”.

“Santos”un rənglərini qoruyan 34 yaşlı Neymar cari mövsümdə 5 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button