Morata: “Pedri “qızıl top”u qazanmağa qadirdir”

“Atletiko”nun və İspaniya yığmasının hücumçusu Alvaro Morata həmyerlilərindən hansının “qızıl top”a layiq olması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Pedrinin “qızıl top”a layiq olduğunu bildirib:

“Pedri? O, bizim ən yaxşı oyunçularımızdan biridir. O, “qızıl top”u qazanmağa qadirdir”.

21 yaşlı Pedri 2020-ci ildən “Barselona”nın şərəfini qoruyur. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

İspaniya millisi AÇ-2024-də B qrupunda İtaliya, Albaniya və Xorvatiya ilə mübarizə aparacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button