Misir Əbilovun futbolu

Rəşad Ergün

Azərbaycanın futbol klubları yenə başlayıblar futbolçuları dəstə-dəstə göndərməyə. “Filan klub 6 futbolçu ilə yollarını ayırdı, filan klub 10 futbolçu ilə vidalaşdı” – ortalıq belə xəbərlərlə dolub-daşır.

Əvvəla, Azərbaycanda niyə mövsümlük müqavilələr dəbdədir? Komandalar necə formalaşmalıdır? Oyun sistemi, oyun tərzi necə yaranmalıdır? Mövsümün əvvəlində komanda qur, mövsümün sonunda komandanın yarısı ilə vidalaş – bəs, sənin futbolçuların oyun sisteminə necə, nə vaxt öyrəşməlidir?

Qurban Qurbanovu “Qarabağ”dan götür, Azərbaycan futbolunun dəhşətli mənzərəsi üzə çıxar: 90-cı illərin, 2000-ci illərin Azərbaycan futbolu ilə 2024-ün Azərbaycan futbolu arasında ciddi bir fərq yoxdur. Yenə həmin futboldur, “Bakılı”ya vaqon-vaqon afrikalı “futbolçu” gətirən, baş məşqçini baxışa dəvət edən Misir Əbilovun futbolu – bizə tanış, doğma futbol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button