Azərbaycan yığmasının rəqibi yoxlama matçında uduzdu

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Ştefan Tarkoviçin baş məşqçi olduğu komanda Norveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Skandinaviya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Norveçin qollarını 77-ci dəqiqədə Erlinq Haland və 80-ci dəqiqədə Martin Edeqor vurub.

Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button