Milli komandanın formasında nasist işarəsi – FOTO

Yunanıstan Futbol Federasiyası milli komanda üçün yeni formaları təqdim edib.

Komanda.az xəbər verir ki, forma Amerikanın “Nike” şirkəti tərəfindən hazırlanıb. Amma forma birmənalı qəbul edilməyib. Formanın üzərindəki naxış nasist simvoluna bənzədiyinə görə Yunanıstan mətbuatının qınağına səbəb olub.

“Hökumət bir tərəfdən, guya parlamentdə nasistlərin olmasının qarşısını almaq üçün son dərəcə antidemokratik, təhlükəli düzəlişlər qəbul edir, digər tərəfdən isə onların cəmiyyətdə olması üçün hər şeyi edir…” – “Mera25” nəşri yazıb.

Yunanıstan AÇ-2024-ün seçmə mərhələsində Niderland, Fransa, İrlandiya və Cəbəllütariqlə B qrupunda yer alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button