“Milan”ın sabiq hücumçusunun yeni klubu bəlli oldu

İtaliyanın “Benevento” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparacaq sözügedən komanda “Cenoa”dan Canluka Lapadulanı transfer edib.

30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Benevento”nun italyan forvardın keçidinə görə “Cenoa”ya 4 milyon avro ödədiyi bildirilir.

Lapadula 2018-ci ildən “Cenoa”da çıxış edir. O, geridə qalan mövsümü icarə əsasında “Leççe”də keçirib. Bu komandada 25 oyuna çıxan hücumçu 11 qolla yadda qalıb.

Canluka daha öncə “Milan”, “Peskara”, “Parma”, “Çezena” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button