“Milan”dan rekord gəlir

“Milan” idman nəticələri baxımından əvvəlki dövrlərlə müqayisədə sabit çıxış etməsə də, maliyyə sahəsində ciddi uğura imza atıb.

Komanda.az “Calcio e Finanza”-ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” ötən ili 91 milyon avro mənfəətlə başa vurub. Bu göstərici klubun tarixindəki ən uğurlu dövrlərdən hesab olunan illərlə müqayisədə daha yüksək nəticə sayılır.

Məsələn, Karlo Ançelottinin rəhbərliyi dövründə – 2002-ci ildə “Milan”ın mənfəəti 78 milyon avro, 2009-cu ildə isə 74 milyon avro təşkil etmişdi. Bununla belə, həmin illərdə futbol bazarında maliyyə şərtlərinin fərqli olduğu, transfer qiymətlərinin və oyunçu maaşlarının indiki dövrlə müqayisədə daha aşağı səviyyədə qaldığı da bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button