
“Milan”dan müdafiəçisi ilə bağlı qəti qərar
Daha əvvəl xəbər verdiyimiz kimi, “Milan” müdafiəçisi Davide Bartezaqinin satışına veto (qadağa) qoyub. Buna səbəb ona İngiltərə Premyer Liqası klublarının artan marağıdır.
Komanda.az “Il Corriere dello Sport”-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəhbərliyi vaxtilə Sandro Tonali ilə bağlı yaşanan ssenarini təkrarlamaq istəməyərək, fərqli yol seçib.
Yaxın günlərdə klub rəhbərliyinin italiyalı futbolçunun nümayəndələri ilə əlavə müqavilə şərtlərini müzakirə edəcəyi gözlənilir.
Cari mövsümdə parlaq çıxışı ilə diqqət çəkən Bartezaqinin yeni razılaşmaya əsasən maaşı əhəmiyyətli dərəcədə artırılacaq, onun illik qazancı 2 milyon avroya çatacaq.
“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin



