“Sassuolo” və “Atalanta” 3 xalı 4 qolla qazandı

İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Açılış oyununda “Milan” “Udineze”ni sınağa çəkib. Komandalar bu oyundan bərabərliklə ayrılıblar. “Yuventus” isə “Kalyari” səfərinə yollanıb. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Son turda “Roma”nı 4:1 hesabıyla məğlub edən “Napoli” “Empoli” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Roma” doğma azarkeşləri qarşısında “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

“İnter” bu tur “Cenoa”nın, “Latsio” isə SPAL-ın qonağı olub. Milan təmsilçisi səfərdə 4 cavabsız qola üzüldüyü halda, paytaxt klubu minimal hesabla məğlub olub.

Son oyun günündə iki görüş baş tutub. “Sassuolo” doğma meydanda “Kyevo”nu 4 cavabsız qolla üstələyib. “Atalanta” da “Bolonya”nı darmadağınla yola salıb.

İtaliya A Seriyası, 30-cu tur

2 aprel

Milan – Udineze 1:1
Qol
: Pyontek, 44 – Lasanya, 65.

Kalyari – Yuventus 0:2
Qol
: Bonuççi, 22. M.Ken, 85.

3 aprel

Empoli – Napoli 2:1
Qol
: Farias, 28. Di Lorenso, 53 – Zelinski, 44.

Roma – Fiorentina 2:2
Qol
: Zaniolo, 14. Perotti, 57 – Petsella, 12. Jerson, 51.

Cenoa – İnter 0:4
Qol
: Qalyardini, 15; 81. İkardi, 40-pen. Perişiç, 54.

Frozinone – Parma 3:2
Qol
: Pinamonti, 13. Valzaniya, 45. Çiofani, 90-pen – Barilya, 18. Keravolo, 58-pen.

SPAL – Latsio 1:0
Qol
: Petanya, 89-pen.

Torino – Sampdoriya 2:1
Qol
: Belotti, 34; 45 – Qabbyadini, 84.

4 aprel

Sassuolo – Kyevo 4:0
Qol
: M.Demiral, 4; 45. Lokatelli, 47. Berardi, 57.

Atalanta – Bolonya 4:1
Qol
: İliçiç, 3; 5. Hatebor, 9. Sapata, 15 – Orsolini, 54.

Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button