“Milan” braziliyalı müdafiəçini izləyir

“Milan” heyətini, xüsusilə də,. müdafiə xəttini təcili gücləndirmək üçün oyunçu axtarışlarını davam etdirir.

Komanda.az “Calciomercato.it”-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın nümayəndələri hazırda Braziliya əsilli müdafiəçi Tyaqo Qabrieli yaxından izləyirlər.

21 yaşlı futbolçu hazırda “Leççe”in gənclər komandasında çıxış edir. Ancaq tərəflər arasında hələlik konkret danışıqlar aparılmayıb.

Bununla yanaşı, “Milan” üçün maraq doğuran daha bir namizəd var. Bu, “Latsio”nun müdafiəçisi Mario Jiladır. İspaniyalı futbolçu “Milan”ın idman direktoru İqli Tare üçün yad sima deyil. Belə ki, Tare uzun illər “Latsio”da çalışıb və Jilanın imkanlarını yaxşı bilir.

“Milan” hazırda A Seriyasında turnir cədvəlinin 2-ci pillədə qərarlaşıb və çempionluq mübarizəsində mövqelərini möhkəmləndirmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button