Mourinyo: “Messi təbii istedada sahibdir”

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo argentinalı hücumçu Lionel Messi haqda danışıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “İnter Mayami”də çıxış edən futbolçu ilə bağlı bunları deyib:

“Heç vaxt Messini çalışdırmadım, onsuz da kimsə onu çalışdıra bilməz. Messi təbii istedada sahibdir və ona hər şeyi öyrətməyə ehtiyac yoxdur. Əksinə, o sənə nələrsə öyrədə bilər”.

Messi “İnter Mayami”dən əvvəl “Barselona” və PSJ-də forma geyinib. Argentina yığmasının kapitanı olan hücumçu 2022-ci ildə dünya çempionu olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button