Messi narazıdır: “Bu, sadəcə inanılmazdır”

Argentina yığmasının üzvü Lionel Messi Amerika kubokunun yarımfinalında Braziliya millisinə məğlub olduqları oyundan (0:2) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, qarşılaşma ilə bağlı bunları deyib:

“Turnirdəki ən yaxşı oyunumuzu göstərdiyimizi düşünürəm. Qol imkanlarımız oldu, ancaq dəyərləndirə bilmədik. Braziliya millisi bizdən üstün oynamadı. Oyunda bir neçə dəfə sərt müdaxilələr, əllə oynama oldu, ancaq baş hakim bunu görmədi. VAR sisteminə də müraciət etməyi düşünmədi. Bu, sadəcə inanılmazdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button