MY müdafiəçisini icarəyə verir

“Mançester Yunayted”in müdafiəçisi Erik Bayi satın alma şərti ilə icarə əsasında “Fulhem”ə keçəcək. 

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki tərəf razılaşarsa, icarə müqaviləsi bir il davam edəcək.

Bayi ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb və qol vura bilməyib.