“De Yonqun “Mançester Yunayted”ə gəlmə şansı yoxdur” – Ferdinand

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun İngiltərə klubuna keçəcəyinə inanmır.

Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, Ferdinand, “qırmızı şeytanlar”a niderlandlı futbolçunun lazım olmadığını deyib.

“De Yonqun “Mançester Yunayted”ə gəlmə şansı yoxdur. Mançester klubu artıq Kazemironu alıb, ona görə də, onlara Frenki lazım deyil”.

Daha əvvəl bildirilirdi ki, “Barselona” yarımmüdafiəçidən maaşının 50 faiz azaldılmasını və ya klubdan getməsini tələb edir.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button