“Mançester Siti”nin çempion olacağına şübhə edirəm” – Roy Kin

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin bu mövsüm Premyer Liqada çempionluq yarışından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, irandiyalı futbol eksperti çempioluq yarışında kimi seçəcəyini bilmədiyini söyləyib:

“Kim çempion olacaq? Adını çəkə bilmərəm. Keçən il “Mançester Siti”nin çempion olacağına şübhə etmirdim. Bir neçə həftə əvvəl mən də əmin idim ki, “Mançester Siti” titul qazanacaq, amma indi buna bir az şübhə edirəm. Nə vaxt “Liverpul”a baxsan, oynayır, şans yaradır və qol vurur.

“Arsenal”a baxıram və düşünürəm ki, ötən illə müqayisədə fiziki cəhətdən daha güclü olublar. Bu baxımdan zəifləyəcəklərini düşünmürəm. Onların heyəti və gətirdikləri oyunçular onlara güc və keyfiyyət qatır. “Arsenal”ın mentalitetinə baxıram və onlar çağırışa hazır görünürlər. Bu il kimi seçəcəyimi bilmirəm”.

“Arsenal”la “Liverpul” 28 turdan sonra 64 xalla turnir cədvəlində 1 və 2-ci yerləri bölüşürlər. “Mançester Siti” eyni sayda oyundan sonra 63 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button