“Real”da prezidentliyə namizəd məhkəməyə veriləcək – Halanda görə

“Mançester Siti” hücumçusu Erlinq Halandın adı ətrafında yaranan qalmaqalla bağlı hüquqi addımlar atmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi “Real”ın prezidentliyinə namizəd olan Enrike Rikelme barəsində məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. Səbəb isə Rikelmenin seçki kampaniyasında Halandın adından və görüntüsündən istifadə etməsi, həmçinin, norveçli forvardın “Real”a keçmək istədiyini iddia etməsidir. Rikelme daha əvvəl seçkilərdə qalib gələcəyi təqdirdə, Halandı Madrid klubuna gətirəcəyini açıqlamışdı.

Bundan başqa, Rikelme 25 yaşlı futbolçunun müqaviləsində transferi asanlaşdıracaq xüsusi bəndin olduğunu da bildirmişdi. Ancaq həm “Mançester Siti”, həm də Halandın nümayəndələri bu məlumatları təkzib edərək, “Real”la hansısa razılığın olmadığını vurğulayıblar.

“Mançester Siti” hazırda həm klubun, həm də futbolçunun maraqlarını qorumaq üçün hüquqi mexanizmləri araşdırır. Məsələnin yaxın günlərdə daha da böyüyəcəyi istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button