“Mənə Azərbaycandan zəng edirlər” – Balotellinin meneceri

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola “mediagol.it” saytına açıqlamasında deyib.

O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib:

“Çoxu mənimlə əlaqə saxlayır. Mario İtaliyaya qayıtmaq istəyir. Bu onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər”.

Hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button