“Məqsədimiz Avropa Liqasının qalibi olmaqdır” – “Arsenal”ın yeni transferi

İngiltərənin “Arsenal” klubunun yeni transferi Nikolas Pepe açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu, London klubunun hədəflərindən danışıb:

“Baş məşqçimiz Unay Emeri fransızca danışır və bu, aramızdakı ünsiyyəti asanlaşdırır. Buna görə də, özümü daha rahat hiss edirəm. Bu komandada yeniyəm, gördüyüm strategiya və taktika yenidir. Ona görə də, məşqçinin dəstəyi mənim üçün çox vacibdir.

“Arsenal”ın böyük hədəfləri olduğu üçün bura gəlməyi seçdim. Onların yenidən Çempionlar Liqasında iştirak etmək xəyalları var. Mən də iddialı biriyəm. Buna görə də, seçimimin məntiqli olduğunu düşünürəm.

İngiltərə Premyer Liqası son dərəcə gərgin çempionat və dünyanın ən yaxşı liqası olması ilə məni cəlb edir. Məqsədimiz Avropa Liqasının qalibi olmaqdır. Avrokuboklarda keçən mövsüm bacardıqlarımızdan daha çoxuna nail olmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button