Məktəblərdə dərs əvəzinə DÇ-2022-nin oyunu göstərilsin – Beyldən təklif

Bu gün DÇ-2022-nin 2-ci turu çərçivəsində Uels – İran oyunu keçiriləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Uels millisinin kapitanı Qaret Beyl oyundan əvvəl qeyri-adi təklif verib. O, məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir:

“İranla oyun Uels vaxtı ilə səhər saat 10:00-da başlayacaq. Mən müəllim olsaydım, uşaqlara məktəbdə bu matça baxmağa imkan verərdim. Ümid edirəm ki, bizim müəllimlər də bunu edəcək. Futbol üzrə dünya çempionatında olmaq Uels üçün tarixi andır. Uşaqları olan tanışlarım istəyir ki, övladı bu qarşılaşmaya baxsın. Ancaq uşağın məktəbdən qalmasını da istəmirlər. Düşünürəm ki, əksər müəllimlər dərs əvəzinə futbolu göstərəcəklər ki, bizi dəstəkləyərək güc versinlər. Bunu tarix üzrə mini-dərs adlandırmaq olar”.

Məktəblərdə DÇ-2022-nin nümayişi praktikasından daha əvvəl Meksikada istifadə olunub.
 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button