Lukaku İngiltərəyə qayıdır – Tarix də məlumdur

“Çelsi”nin hücumçusu Romelu Lukaku iyulun 17-də kluba geri dönəcək. O, 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 30 yaşlı forvard “zadəganlar”ın baş məşqçisi Maurisio Poçettinoya kluba qayıdacağı ilə bağlı məlumat verib.

Lakin o, “Çelsi”nin ABŞ-da baş tutacaq mövsümöncəsi hazırlıq turnirini buraxacaq və Londonda məşq edəcək.

Öncədən “İnter”in Lukakunun “Yuventus”la danışıqlar aparmasından narazı olduğu haqda xəbər vermişdik.

Belçikalı forvard 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button