“Liverpul”un 2 zədəlisi məşqlərə başladı

Keçən ayın sonlarında əməliyyat olunan “Liverpul”un futbolçusu Vircil van Dayk məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, niderlandlı müdafiəçi hələ ki, yüngül məşqlərlə kifayətlənir. Onun komanda ilə birgə məşqlərə başlayacağı vaxt açıqlanmayıb.

Bundan başqa, klubun mətbuat xidməti komandanın digər zədəlisi Aleks-Oksleyd Çemberleynin də məşqlərə başladığını bildirib. Diz zədəsindən əziyyət çəkən futbolçu klubun məşq mərkəzində hazırlıq keçir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button