“Liverpul” yetirməsi ilə yollarını ayıra bilər

“Liverpul”un yarımmüdafiəçisi Kortis Cons bu yay komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqlar bir neçə ay əvvəl dayandırılıb.

“İnter” yanvardan etibarən ingiltərəli futbolçu ilə maraqlanır və hələ də danışıqlara başlamağa hazırdır. Transferin reallaşıb-reallaşmayacağı əsasən oyunçunun qiymətindən asılı olacaq. İngiltərə Premyer Liqası klubları da vəziyyəti izləyir.

25 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Klubun yetirməsi olan yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button