“Liverpul” – “Barselona” oyununun ən yaxşısı məlum oldu

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Liverpul” “Barselona”nı məğlub edib – 4:0.

Komanda.az xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum sözügedən qarşılaşmanın ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunun ikinci hissəsində Endryu Robertsonun yerinə meydana daxil olan Veynaldum, komandasının 2-ci və 3-cü qoluna imza atıb.

İlk oyunda 0:3 hesabıyla məğlub olan “Liverpul”, cavab qarşılaşmasında 4 cavabsız qolla qalib gələrək, finala vəsiqə qazanıb.

“Liverpul”un finaldakı rəqibi bu gün keçiriləcək “Ayaks” – “Tottenhem” matçından sonra bilinəcək. Qarşılaşma saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Ayaks” minimal hesablı qələbə qazanıb 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button