Linqard “Barselona”ya təklif olundu

Ötən ilin yayından klubsuz qalan “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Cessi Linqardın nümayəndələri oyunçunun xidmətlərini “Barselona”ya təklif ediblər. 

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun nümayəndələri hesab edirlər ki, Kataloniya təmsilçisinə Linqardla müqavilə bağlamaq sərfəli olacaq. Çünki onun üçün başqa klublara pul ödəməyəcəklər. Bundan əlavə, futbolçu ildə 2 milyon avro maaş gözləyir ki, bu da maliyyə baxımından “Barselona” üçün uyğundur.

Linqardın son klubu 2022/2023 mövsümündə çıxış etdiyi İngiltərənin “Nottingem Forrest” klubu olub. Son bir ayda yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda məşq edərək formasını qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button