“Lex” Bakıya yola düşdü

“Lex” (Polşa) “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Komanda.az xəbər verir ki, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir.

Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda “Lex”in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

İyulun 12-də keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə “köhlən atlar” minimal hesabla uduzub – 0:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button