“Levandovskinin transfer məsələsinin bu həddə çatması təəssüf doğurur”

Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik polşalı hücumçu Robert Levandovskinin “Bayern”dən mümkün gedişini şərh edib.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, o, Levandovskini əsl peşəkar adlandırıb:

“Levandovski və mən “Bayern”də gözəl vaxt keçirdik. Bir mövsümdə altı kubok qazandığımız zaman o, ən yaxşı idi. Robert əsl peşəkar, dünya səviyyəli oyunçudur. Onun transfer məsələsinin bu həddə çatması təəssüf doğurur. Ola bilsin ki, onun “Bayern”dən getməsi və Erlinq Halandın “Mançester Siti”yə transferi gənc alman futbolçulara özlərini sübut etmək şansı verəcək”.

Levandovski ötən mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button