
“Real” 150 milyon avroya Olisenin bir ayağını belə, ala bilməz”
“Bayern”dən “Real”ın maraq dairəsində olduğu deyilən Maykl Olise ilə bağlı diqqətçəkən açıqlama verilib.
Madrid təmsilçisi fransalı vinger üçün 150 milyon avro ödəməyə hazırdır. Ancaq Münhen klubunda bu məbləğin belə, transfer üçün kifayət etmədiyini düşünürlər.
Komanda.az xəbər verir ki, adının açıqlanmasını istəməyən klub rəsmisi “Ekip”-ə verdiyi açıqlamada sərt ifadələr işlədib:
“O, 200 milyon avroya da getməyəcək! Olise qiymətsiz futbolçudur. Onu 500 milyon avroya belə, satmarıq. Düzünü desəm, əmin deyiləm ki, “Real” 150 milyon avroya onun heç bir ayağını belə, ala bilsin”.
Olise ötən mövsümdə möhtəşəm performans nümayiş etdirib. 23 yaşlı futbolçu bütün turnirlərdə keçirdiyi 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



