“Real” uduzdu, çempionluq şansı 20,37 faizə endi

“Real” 26-cı turda “Xetafe”yə 0:1 hesabı ilə uduzduqdan sonra La Liqada çempionluq şansları kəskin düşüb. Madrid təmsilçisi bu məğlubiyyətdən sonra lider “Barselona”dan 4 xal geri qalır.

Komanda.az “Opta” superkompüterinin hesablamasına istinadən xəbər verir ki, “Real”ın titula sahib olma ehtimalı 20,37 faizə enib. “Barsa”nın şansı isə 79,51 faiz olaraq qiymətləndirilir.

Çempionluq üçün kiçik ehtimallar hələ də “Atletiko” (0,1 faiz) və “Vilyarreal” (0,02 faiz) üçün qalır.

“Barselona” və “Real” öz aralarında La Liqada növbəti qarşılaşmalarını mayın 10-da keçirəcəklər və həmin oyun titul yarışında həlledici ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button