“Kulibaliyə onu “Yuventus”a satmayacağımızı deməyə ehtiyac yox idi”

“Napoli”nin idman direktoru Kristiano Qintoli komandanın müdafiəçisi Xalidu Kulibalinin gələcəyi haqda danışıb.

Komanda.az “Tutto Napoli”-yə istinadən xəbər verir ki, klub rəsmisi Kulibalinin toxunulmaz olduğunu deyib:

“Kulibaliyə onu “Yuventus”a satmayacağımızı deməyə ehtiyac yox idi. Bizim üçün o, toxunulmazdır. Klub prezidenti ona qalmağı təklif etdi ki, imtina etmək demək olar, mümkün deyil. O, həqiqətən ona çox şey təklif etdi. Çünki Kulibali meydanda və kənarda fərqlənir. O, bizə çox şey verdi və inanılmaz təklifə layiq idi”.

Kulibalinin “Napoli” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, 2021/22 mövsümündə bütün yarışlarda 34 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button