Koronavirusa yoluxanların hansı klubdan olduğu açıqlandı

İngiltərə Futbol Liqasının (EFL) Çempionşipdə mübarizə aparan klublardan birində iki nəfərin koronavirusa yoluxduğu barədə açıqlama yaydığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq həmin klub da müəyyənləşib.

“Hall Siti” rəsmi saytı vasitəsilə klubda iki nəfərin koronavirusa yoluxduğunu bəyan edib. Amma onların adları, futbolçu və ya məşqçi heyətindən olduğu açıqlanmayıb.

Qeyd edək ki, Çempionşipdə mübarizə aparan 24 klubda bütövlükdə 1014 koronavirus testi götürülüb ki, onlardan da cəmi ikisinin nəticəsi müsbət olub.