Konte onu “Tottenhem”də görmək istəyir

“Tottenhem”in baş məşqçisi Antonio Konte “İnter”in müdafiəçisi Denzel Dumfrisin transferində maraqlıdır.

Komanda.az “Calciomercatoweb”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis PSV-nin sabiq futbolçusunun transferinin artıq bu qış reallaşmasını istəyir.

Futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Dumfris bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button