“Komandamla qürur duyuram”- Çalımbay

Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Sivas təmsilçisinin çalışdırıcısı 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu oyunda həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik. Bu qələbədən sonra “Vilyarreal” və “Makkabi” ilə görüşlərin önəmi daha da artdı. Bu qədər zədəyə və itkiyə baxmayaraq, mükəmməl çıxış etdik. Cəmi 4 ehtiyat oyunçumuz var idi. Hətta ehtiyatdakı qapıçımıza da meydan oyunçusu kimi şans vermək üçün forma düzəltdirmişdik. Komandamla qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button