İddia: Mbappe “Real”ı aldadır

İspaniya mətbuatı Kilian Mbappe ilə “Real” arasında yaranmış gərginliklə bağlı yeni detalları açıqlamaqda davam edir.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, “kral klubu”nun futbolçuları fransalı hücumçunun əslində zədəli olmadığını düşünürlər. Bildirilir ki, bu cür şübhələr cari mövsümdə ilk dəfə yaranmayıb.

“El Mundo” isə yazır ki, klub daxilində Mbappenin davranışı qeyri-peşəkarlıq kimi qiymətləndirilir. İddialara görə, 27 yaşlı hücumçu özünü qoruyaraq yayda keçiriləcək dünya çempionatına optimal formada çatmaq istəyir. Bundan əlavə, onun oyununa, xüsusilə, müdafiədə kifayət qədər çalışmamasına dair də narazılıqlar var.

Mbappenin yaxın günlərdə “Barselona” ilə keçiriləcək oyunda iştirakı sual altındadır. Madrid təmsilçisi mayın 10-da “Kamp Nou”da qələbə qazanmasa, çempionluq uğrunda hətta riyazi şanslarını da itirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button