
“İnter”də görüş: Transfer məsələləri müzakirə edildi
“İnter”in baş məşqçisi Kristian Kivu İtaliya klubunun rəhbərliyi ilə görüş keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər klubun transfer bazarındakı planlarını müzakirə ediblər. “İnter” yanvar ayının sonuna qədər yeni sağ cinah müdafiəçisiylə müqavilə imzalamaqda maraqlıdır. PSV-nin 36 yaşlı cinah oyunçusu İvan Perişiçin transferi də nəzərdən keçirilir.
“İnter” 21 oyundan sonra 49 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. Komanda növbəti turda, yanvarın 23-də “Piza”nı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



