“Barselona”nın belə oyunçularla müqavilə imzalamasından məmnunam”

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets “Milan”ın futbolçusu Frank Kessye haqqında danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispan futbolçu, Kessyenin Kataloniya klubuna keçidini dəyərləndirib:

“Baş məşqçimiz Xavi Kessyeni izlədi və bu futbolçuya ehtiyacı olduğunu qəbul etdi. “Barselona”nın belə oyunçularla müqavilə imzalamasından məmnunam. Futbolçuların özləri də bizə qoşulmaq istəyirlər. Kessye güclü futbolçudur, o, komandamıza kömək edəcək”.

Daha əvvəl bildirilmişdi ki, Kessye “Barselona” ilə 2026-cı il iyunun sonuna qədər müqavilə imzalayıb. Müqavilə bu ilin iyul ayında qüvvəyə minəcək. 25 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulacaq.

Kessye 2019-cu ildən “Milan”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button