“Kessye “Barselona” üçün vacib oyunçuya çevriləcək”

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frank Kessyenin kluba keçidini şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti, bu transferdən məmnun olduğunu deyib:

“Kessyenin transferindən məmnunuq. Hər kəs onun böyük peşəkar olduğunu bilir. O, “Barselona”nın oyunçusu olmaq istəyirdi və istək qarşılıqlı idi. Əminəm ki, Kessye “Barselona” üçün vacib oyunçuya çevriləcək. Baş məşqçimiz Xavi belə xüsusiyyətlərə malik oyunçu istəyirdi və klub transferin baş tutması üçün hər şey etdi”.

“Milan”dan ayrılan Kessye “Barselona” ilə 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button