Kessye “Barselona” ilə razılaşıb – maaşı da məlumdur

“Barselona” “Milan”ın futbolçusu Frank Kessyeni transfer etməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə hələ imzalanmasa da, demək olar, bütün detallar şifahi şəkildə razılaşdırılıb.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin “Barselona”da maaşı təxminən 6,5 milyon avro olacaq.

Kessyenin “Milan”la müqaviləsi yayda başa çatacaq. Məhz bundan sonra o, azad agent kimi Kataloniya klubuna keçəcək.

25 yaşlı futbolçu 2019-cu ildən “Milan”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button