“Keşlə”yə qarşı oynamaq çətindi” – Emin Mahmudov

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşdıqları “Keşlə” ilə oyundan (1:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, qələbə qolunun müəllifi olan təcrübəli futbolçu komandasının qalib gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib:

“Çox ağır oyun oldu. Ümumiyyətlə, “Keşlə”yə qarşı oynamaq çətindi. Asan rəqib deyil. Azərbaycan çempionatında bütün görüşlər bizim üçün çətin keçir. Bu matç da istisna olmadı. Bununla belə, qələbə qazandığımız üçün xoşbəxtik. Bu, çox vacib 3 xal oldu. Qol vurduğum üçün şadam, amma əsas odu ki, komandamız qalib gəldi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button