
“Kayserispor”un yeni baş məşqçisi məlum oldu
Türkiyənin “Kayserispor” komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.
Bu posta norveçli Erlinq Moe gətirilib.
55 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, ötən gün istefaya göndərilən Radomir Caloviçi əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


