
Kantedən gələcəyi ilə bağlı açıqlama
“Fənərbaxça”nın yarımmüdafiəçisi Nqolo Kante karyerasını vətəni Fransada bitirmək ehtimalı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu söyləyib:
“2025-ci ilin yayında “Paris” klubu ilə transferim barədə müzakirə apardıq. Lakin bu transfer baş tutmadı. Karyeramı Fransa liqasında bitirmək? Bu, mümkündür”.
35 yaşlı futbolçu qış transfer pəncərəsində Türkiyənin “Fənərbaxça” klubuna azad agent kimi qoşulub. O, bundan əvvəl “Əl-İttihad”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



