
Sabiq futbolçu Vinisiusu müdafiə etdi
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real” (0:1) matçındakı qalmaqal barədə fikirlərini bölüşüb.
Vinisius Junior ikinci hissədə qol vurub və künc bayrağı ilə rəqs edərək, sarı vərəqə alıb. Daha sonra o, “Benfika”nın oyunçusu Canluka Prestianni tərəfindən irqi təhqirlərə məruz qaldığını bildirib və matç bir neçə dəqiqə dayandırılıb.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo isə matçdan sonra Vinisiusun qolu “hörmətsiz tərzdə qeyd etdiyini” söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager, Vinisiusun irqi təhqirlərə dözməməli olduğunu deyib:
“Hər kəs qolu istədiyi kimi qeyd edə bilər, Vinisius irqi təhqirlərə dözməməlidir. Mourinyo tərəfindən onun tənqid olunması bir qədər ikili standartdır. Xatırlayın, o, “Old Trafford”da rəqib komandaları daha çox təhrik edib. Vinisius fantastik qol vurdu və onu istədiyi kimi qeyd etmək hüququ var”.
Bizi Facebook-da izləyin



