Kapello: “Konte İtaliya yığmasına qayıtsa, artıq onu nə gözlədiyini bilir”

Tanınmış mütəxəssis Fabio Kapello, “Napoli”nin baş məşqçisi Antonio Kontenin İtaliya yığmasına mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, Kontenin İtaliya millisinə qayıdacağı halda onu nə gözlədiyini yaxşı biləcəyini söyləyib:

“Konte yenidən İtaliya yığmasına qayıtsa, artıq onu nə gözlədiyini bilir. Baxmayaraq ki, vəziyyət 10 il əvvələ nisbətən dəyişib”.

Konte 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb və komanda onun rəhbərliyi altında AÇ-2016-ya vəsiqə qazanıb. İtaliyalılar həmin turnirdə 1/4 finala qədər irəliləyib və Almaniya yığmasına penaltilər seriyasında məğlub olub.

Konte hazırda “Napoli”ni çalışdırır və ötən mövsüm komandanı İtaliya A Seriyasının çempionluğuna daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button