Baş məşqçisi Kanselonu təriflədi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik, müdafiəçi Joao Kanselonun oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçudan məmnun olduğunu söyləyib:

“Kanselodan çox məmnunam. O, son oyunda həqiqətən də yaxşı idi. Zədəli deyil, amma çox yorğun idi. Onu əvəz etmək fürsətimiz olana qədər əlindən gələni etməsi əladır”.

31 yaşlı müdafiəçi bazar günü “Barselona”nın start heyətinə qayıdıb və “Rayo Valyekano” üzərində 1:0 hesablı qələbədə bir məhsuldar ötürmə edərək, komandasına kömək edib. O, oyunun 90-cı dəqiqəsində əvəzlənib. Kanselo bu ilin yanvarında icarə əsasında “Əl-Hilal”dan “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button